Quran-i Kərimdə açıqca: "İmam Azama uyun, İmam Şafiyə uyun...", - şəklində bir əmr yoxdur. Çünki Quran ümumi prinsipləri, həyata dair düsturları bildirər, bu düsturları həyatın hər sahəsinə tətbiq etməyi isə müsəlmanlara əmr edər. Əks halda 600 səhifəlik bir kitabın bütün dövrlərə xitab etməsi mümkünsüz olardı.
Biz də aşağıda nəql edəcəyimiz ayələrin mütləq məzhəblər haqqında olduğunu bildirmirik. Sadəcə olaraq deyirik ki, bu ayələrin göstərdiyi düsturlara uyduğumuz təqdirdə bir haqq məzhəbə bağlanmağa ehtiyacın olduğu ortaya çıxar.
Bəzi dəlillərimiz zəyif görünə bilər. Lakin unutmamaq lazımdır ki, çox incə olan saplar birləşsə, qalın və qırılmaz bir kəndir yarada bilər. Bu səbəbdən ağıl və vicdan ilə aşağıdakı izahları oxumağınızı və hamısını birlikdə təhlil etmənizi xahiş edirik:
Dəlil 1:
Ali İmran surəsinin 7-ci ayəsində belə buyurulmuşdur: "Sənə Kitabı nazil edən Odur. Onun (Kitabın) bir hissəsi möhkəm, digər qismi isə mütəşabih ayələrdir. Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar. Halbuki onların mənalarını heç kim bilməz. İstisnadır Allah və elmdə rasix olanlar, “Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər".
Mütəşabih - düzgün mənası gəldiyi digər mənalardan ayırd edilməsi çox çətin olacaq dərəcədə bənzər mənalara gələn ayələrdir.
Rasix - kökləşmiş, dərinləşmiş deməkdir. Elmdə rasix olanlar ifadəsi, elmdə kök salıb dərinləşənləri ifadə edir. Ali İmran surəsinin bu ayəsindən iki nəticə çıxır:

- Quranda bir neçə cür başa düşülən mütəşabih ayələr var.
- Həmin ayələrin mənasını Allahdan və elmdə rasix olanlardan başqası bilməz
Hal belə olunca, mütəşabih ayələri anlamaq üçün iki seçim yolu var:
- Elmdə rasix olmaq lazımdır.
- Elmdə rasix olanların izahlarına qulaq asmaq lazımdır.
Bütün bu izahlardan sonra bir haqq məzhəbə tabe olmağın zəruriliyini inkar edənlərə bəzi suallarımız var:
- Elmləri ilə öz əsrlərini aydınlatmış olan İmam Qəzali, İmam Rabbani, iki yüz min hədisi sənədləri ilə əzbər bilən, müxtəlif elmlərə aid 400 kitab yazmış Cəlaləddin Süyuti kimi alimlər elmdə daha rasixdir, yoxsa nəinki iki yüz min, hətta yüz hədisi belə sənədləri ilə əzbərə bilməyən, Quranı ərəbcəsindən doğru düzgün oxuya və tərcümə edə bilməyən bizlərmi?
- Fiqh alimləri yeddi dərəcəyə ayrılır və sadəcə ilk üç dərəcəyə daxil olanlar ayə və hədislərdən hökm çıxara bilir. Görəsən, yuxarıda adlarını zikr etdiyimiz böyük alimlər heç dördüncü dərəcəyə belə daxil ola bilmədiyi halda, bizlər hansı cəsarətlə özümüzü ilk üç dərəcədə hesab edir və müctəhid olduğumuzu bildiririk?
- Əgər bu yeddi dərəcənin doğru olmadığını düşünürsünüz və: "Bunları kim müəyyənləşdirib, mən bunlara inanmıram", - deyirsinizsə, sizə sualımız var: Elmi işçilər dosent, professor və s. dərəcələr alırlar. Bu dərəcələri kimlər müəyyənləşdirir? Əlbəttə ki, o işi bilənlər. Siz heç bu dərəcələrə etiraz edənləri görmüsünüzmü? Yəqin ki, görməmisiniz. Bəs hansı ağılla fiqh alimlərinin dərəcələrinə etiraz edirsiniz?
- Ən əsası heç bir məzhəbə tabe olmadan bu az elminizlə özünüzü rasix alim hesab edib mütəşabih ayələrə məna verməyə çalışırsınızsa, heç ayədəki "ürəklərində əyrilik olanlar" qrupuna daxil olmaqdan qorxmursunuzmu?
Dəlil 2:
Ali İmran surəsinin 110-cu ayəsində belə buyurulmuşdur: "Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz, (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınız".
Bu ayənin bəyanı ilə ümmətin xəta üzərində ittifaqı qeyri-mümkündür və hamılıqla qəbul edib əmr etdiyi işlər yaxşı işlərdir, bunlara itaət vacibdir. On dörd əsr boyunca bütün ümmət bilməyənlərin bilənlərə, bizim kimi cahillərin müctəhid alimlərə itaət etməsini əmr etdiyi və yuxarıdakı ayənin ümmətin digər əmrlərinə olduğu kimi bu əmrə də itaət etmənin vacib olduğunu bildirdiyi halda hansı haqla: "Alimlərə itaət vacib deyil, hamı Qurandan öz hökmünü çıxara bilər", - deyirik?
Dəlil 3:
Nisa surəsinin 58-ci ayəsində belə buyurulmuşdur: "Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağınızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi buyurur".
Bu ayənin bəyanı ilə hər əmanət sahibinə qaytarılmalıdır. Elm də bir əmanətdir. O halda bu əmanəti də elmin sahibi olanlara - alimlərə qaytarmalıyıq. Necə ki 200000 hədisi sənədləri ilə əzbərə bilən Süyuti: "Mən də aliməm, məzhəbə tabe olmağıma ehtiyac yoxdur", - deməmiş və bir müctəhidə - məzhəb imamına tabe olmuşdur.
Dəlil 4:
Nisa surəsinin 115-ci ayəsində belə buyurulmuşdur: "Kim ki doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxar və möminlərin yolundan başqa bir yola uyarsa, onu üz tutduğu yolda qoyar və Cəhənnəmə soxarıq. Ora nə pis dönüş yeridir!"
Bu ayənin bəyanı ilə möminlərin yolundan başqa bir yola uymaq haramdır. Haram olan bir şeyi tərk etmək də vacib olduğundan, möminlərin yoluna uymaq da vacibdir. Bundan əlavə ayədə müsəlmanlara Cəhənnəmə getmə səbəblərindən ikisi göstərilmişdir.

- Peyğəmbərə qarşı çıxmaq
- Möminlərin yolundan başqa yola uymaq
Bildiyimiz kimi Peyğəmbərə qarşı çıxmaq Allaha qarşı çıxmaq (Nisa, 4/80) sayılacağından, bunun özü Cəhənnəmə getmək üçün yetərli olardı. Əgər möminlərin yolundan başqa yola uymaq təkbaşına Cəhənnəmə girmə səbəbi olmasaydı, Peyğəmbərə qarşı çıxmanın yanında yer almazdı. Çünki təkbaşına Cəhənnəmə girməklə təhdid edən bir səbəbin (Peyğəmbərə qarşı çıxmanın) yanında təhdid edəcək dərəcədə ciddi olmayan bir şeyin (möminlərin yolundan başqa yola uymanın) yer alması bəlağət qaydalarına zidd olar və Quranda yersiz fikirin olduğunu göstərərdi. Halbuki Quran bəlağətin bir incisidir və onda yersiz bir hərf belə yoxdur.
Deməli, həm Peyğəmbərə qarşı çıxmaq, həm də möminlərin yolundan başqa yola uymaq təkbaşına Cəhənnəmə girmə səbəbidir, möminlərin yolundan başqa yola uymaq - haqqında yekdil bir fikir olan, ümmətin əksər hissəsinin ittifaq etdiyi bir məsələyə müxalifət etmək haramdır.
Qısacası, Nisa surəsinin 115-ci ayəsi açıq şəkildə möminlərin yolundan başqa yola uymağın, bir məsələnin doğruluğu və ya yanlışlığı haqqında ümmətin əksər hissəsinin etdiyi ittifaqa qarşı çıxmanın haram olduğunu bildirir.

Bütün ümmət dörd məzhəbin ictihadlarının haqq olduğunu qəbul etmiş, saysız-hesabsız alim bizim kimi cahilləri bu məzhəblərdən birinə tabe olmağa çağırmışdır. Deməli, bir haqq məzhəbə tabe olmaq barədə ümmətin icması var və belə olduqda, bu dörd məzhəbdən birinə tabe olmaq vacibdir.
Bu halda bir məzhəbə tabe olmanın zəruri olmadığını demək üçün iki seçim var:
- İcmanın dini bir əhəmiyyətə sahib olmadığını və haqqında icma olan bir əmrə müxalifət etmənin yanlış olmadığını isbat etmək lazımdır. Bunu sübut etmək mümkünsüzdür, çünki əksini ifadə edən Nisa, 4/115 ayəsi açıqca icmaya müxalifətin haram olduğunu bildirir. Onda bir məzhəbə bağlanmamaq haramdır.
- Bir məzhəbə bağlı olmanın zəruri olduğu haqqında icma olmadığını isbat etməlisiniz. Bunu da isbat etmək mümkünsüzdür. Çünki bir məzhəbə bağlı olmanın zəruri olduğu haqqında icma olduğu hamıya məlumdur. Bu halda da bir məzhəbə bağlanmamaq haramdır.
Dəlil 5:
Nisa surəsinin 59-cu ayəsində belə buyurulmuşdur: "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ulul-əmrə itaət edin!"
İbni Abbas, Cabir b. Abdullah, İmam Mücahid, İmam Ata, İmam Malik, Cəlaləddin Süyuti kimi böyük müfəssirlər ayədə keçən "ulul-əmr"in alimlər olduğunu bildirmişdir.
Buna belə etiraz edilə bilər: Axı ulul-əmrin alimlər olduğu xüsusunda açıq bir ayə yoxdur, bunun alimlər olduğu haradan məlumdur?
Buna cavabımız belədir:
1. Bu bir qaydadır ki, bir məsələdə o işi yaxşı bilənlərin sözünə etimad edilər. Məsələn yolun ortasında yıxılmış bir adam barədə deyilmiş tibb fakültəsini yenicə bitirən birinin sözü, illərlə mühəndislik etmiş birinin sözündən daha tutarlıdır. Çünki mühəndis öz işində nə qədər usta olsa da, tibb sahəsində sözü keçməz.
Eynilə bunun kimi təfsir elminin mütəxəssisləri - yüz mindən çox səhabə içində Quranı ən yaxşı başa düşən bir neçə səhabidən biri olan İbni Abbas, müxtəlif elmlərə dair 400 kitab yazmış Süyuti kimi bir çoxları ayədəki ulul-əmrin alimlər olduğunu bildirmişdirlər. Bizə düşən də bunu qəbul etməkdir.
2. Buradaki ulul-əmrin idarə edicilər olduğunu bildirən və bu sözün alimləri ifadə etmədiyini deyənlər təfsir elmindən xəbərsizdirlər. Belə ki, bir ayə bir-birinə zidd olmayan bir neçə mənanı ehtiva edə bilər. Bu səbəblə də ayənin həm alimlərə, həm də idarə edicilərə itaət etməyi əmr etdiyini desək, yanlış olmaz.
3. Tövbə, 9/122 ayəsində cəmiyyətin bir qisminin elmdə dərinlşərək alim olmaları, Ali İmran, 3/104 ayəsində isə həmin qismin yaxşı şeyləri əmr etməsi tələb edilmişdir. Belə olduqda alimlərə "ulul-əmr" (əmr sahibləri) deyilməsi də çox normal qarşılanmalıdır. (Ən doğrusunu Allah bilər).
"Ulul-əmr"in alimləri ifadə etdiyinin digər dəlilləri üçün Sinan Yılmazın "Mezhepler" kitabının əlaqəli yerinə baxıla bilər.
Bütün bu izahlardan sonra bir məzhəbə tabe olmanın lazım olmadığını deyənlərə bəzi suallarımız var:
- Ayədə açıqca alimlərə itaət əmr edildiyi halda, hansı haqla müctəhid alimlərə tabe olmursunuz?
- 200000 (iki yüz min) hədisi sənədləri ilə birlikdə əzbərə bilən Cəlaləddin Süyuti belə: "Mən də aliməm, mənə itaət edin", - deməmiş və Nisa, 4/59 ayəsinin əmrinə boyun əyərək bir müctəhid alimə itaət edərək bir haqq məzhəbə tabe olmuşdur. Siz heç 200 hədisi belə nəinki sənədləri ilə, hətta sadəcə mətnini belə əzbər bilmədiyiniz halda özünüzü Süyutidən dahamı alim hesab edirsiniz ki, bir mzhəbə bağlanmırsnız?
- Quran-i Kərimin şəri və lüğəvi mənaları, bunların bölümləri olan xass, amm, müştərək, sarih, dall-i bil-işarə, dall-i bil-iqtiza, kinayə, nəss, xafi, müşkil, mütəşabih, dall-i bil-ibarə, nasix, mənsux və s. bölüm və mənalara dərindən bələdsinizmi ki, alimlik iddiasındasınız? Nəinki dərindən bələd olmağı, heç bunların mənalarını bilmədiyiniz halda necə olur ki belə təkəbbür göstərib İmam Qəzalinin, İmam Süyutinin, İmam Rəbbaninin belə özlərini layiq bilmədikləri ictihad (ayə və hədislərdən hökm çıxarma) məqamına özünüzü layiq bilirsiniz?