İslamda Hz. İsanın (əs) Zühur Etməsinə İnam Vardırmı?

Əziz müsəlmanlar! Oxuyacağınız bu əsər: “Hz. İsa (əs) Qiyamətə yaxın yer üzünə təkrar gəlməyəcəkdir, - deyən insanlara cavab mahiyyətində hazırlanmışdır. Onlar Quran-i Kərimdə Hz. İsanın bir daha gələcəyindən söz açılmadığını, onun da digər insanlar kimi vəfat etdiyini söyləyirlər. Bu sözlərinin nə qədər yanlış olduğunu və bunu deyən insanların Quranı anlamaqdan nə qədər uzaq olduqlarını yazılarımızı səbirlə oxuduğunuz təqdirdə anlayacaqsınız.

Əvvəlki yazılarımızda olduğu kimi, bu əsərdə də Hz. İsanın gələcəyinə dair öncə Quran ayələrinə əsaslanan dəlillərimizi göstərəcək, sonra qarşı tərəfin iddia və suallarının cavablarını paylaşacaq, sonda da aramızda yaranmış ixtilafı həll etmək üçün Quranın verdiyi tövsiyəni nəql edəcəyik...
  1. Hz. İsanın (əs) gələcəyini sübut edən ayələr hansılardır?
  2. Hz. İsanın Qiyamətə yaxın zühur etməyəcəyini deyənlərin sual və iddialarına cavablar...
  3. Hz. İsanın (əs) gələcəyinə inananlarla əksini iddia edənlər arasında yaranmış ixtilafı həll etmək üçün Quran-i Kərimin verdiyi tövsiyə...
Yazılar hazırlanarkən Sorularla İslamiyet saytından, Dr. İhsan Şenocakın dərs videosundan istifadə edilmişdir.