İslamda Peyğəmbərlərin Günahsızlığı Vardırmı?

Əziz müsəlmanlar! Oxuyacağınız bu əsər: “Həm digər peyğəmbərlər, həm də Peyğəmbərimiz Quran-i Kərimə görə günah edə bilərlər və bəzilərinin günahlarından Quranda bəhs edilmişdir”, - deyən insanlara cavab mahiyyətində hazırlanmışdır. Onlar Quran-i Kərimdə Hz. Adəmin, Hz. Davudun, Hz. Yunusun, Peyğəmbərimizin bir sıra günahlarından söz açıldığını, onların da bəşər olduqlarını, bu halda günahkar ola biləcəklərini deyirlər. Bu sözlərinin nə qədər yanlış olduğunu və bunu deyən insanların Quranı anlamaqdan nə qədər uzaq olduqlarını yazılarımızı səbirlə oxuduğunuz təqdirdə anlayacaqsınız.

Onu da qeyd edək ki, bu ümmətin fərdləri dünyanın çeşidli yerlərində aclıqdan, susuzluqdan əziyyət çəkərkən, illərlə çalışıb hafizlik qazananlar bir bomba ilə şəhid edilərkən, din ilə əlaqəsi olmayanlar Quran və Sünnətdən istifadə edərək ətrafına terrorçu toplayıb İslamı terror dini kimi göstərərkən - bir sözlə, bu qədər dərd başımızdan aşarkən bizim vaxtımızı alanlara haqqımızı halal etmirik. Bu yazıların əvəzində daha faydalı məqalələr hazırlaya bilər, ateistlərə cavablar yaza bilərdik. Lakin indi bu suallara cavab tapa bilmirik: Niyə bir müsəlmana öz peyğəmbərinin günahsız olduğunu isbat etmək üçün bir neçə gün vaxt itirib yazı hazırlayaq? Ümmətin gündəmini belə məsələlərlə məşğul edənlərin niyyəti nədir?..

Əvvəlcə günah və zəllə arasındakı fərqləri izah edəcək, sonrra Quran-i Kərimdən göstərdiyimiz dəlillərlə peyğəmbərlərin məsumluğunu sübut etməyə çalışacağıq. Daha sonra isə onların Peyğəmbərlərin məsum olmadıqlarına gətirdikləri dəlillərə cavab verəcəyik. Və sonda aramızda yaranan bu fikir ayrılığından qurtulmaq üçün nə etməli olduğumuzu açıqlayacağıq. 
  1. Günah və zəllə arasındakı fərqlər nələrdir?
  2. Peyğəmbərlərin, xüsusilə də, Rəsulullahın (əsm) günahsız olduqlarına dair Quran-i Kərimdən dəlillər...
  3. Peyğəmbərlərin də günah edə biləcəyini deyənlərin iddialarına cavablar...
  4. Peyğəmbərlərin məsumluğuna inananlarla inanmayanlar arasında yarınmış fikir ayrılığından xilas olmaq üçün Quran-i Kərimin verdiyi tövsiyə...
Əsər hazırlanarkən Sorularla İslamiyet saytı ilə yanaşı, Dr. İhsan Şenocakın dərsindən, Ehli Sünnet İnancı saytından Ömer Faruk Korkmazın məqaləsindən geniş miqyasda istifadə edilmişdir.