İslamda Peyğəmbərimizin Günahkar Müsəlmanlara Şəfaəti Vardırmı?

Əziz müsəlmanlar! Oxuyacağınız bu əsər: “Peyğəmbərin şəfaət etməsi Qurana ziddir və şəfaət inancı müşriklərin dinidir, - deyən insanlara cavab mahiyyətində hazırlanmışdır. Onlar Quran-i Kərimdə Hz. Peyğəmbərin şəfaətindən söz açılmadığını söyləyirlər. Bu sözlərinin nə qədər yanlış olduğunu və bunu deyən insanların Quranı anlamaqdan nə qədər uzaq olduqlarını yazılarımızı səbirlə oxuduğunuz təqdirdə anlayacaqsınız.

Sanki Peyğəmbərdən şəfaət tələb edən
 bu qədər səhabə, şəfaətə nail olmaq üçün sünnət namazlarına davam edən müsəlman, saysız-hesabsız alim şəfaətin yoxluğuna dair göstərilən ayələrdən xəbərsiz olublar, Quran-ı anlaya bilməyiblər; ancaq dövrümüzün ilahiyyatçıları bu yanlışlarını tapıb aradan qaldırıblar.  

Əvvəlki yazılarımızda olduğu kimi, bu əsərdə öncə şəfaətin nə olduğu haqqında məlumat verəcək, sonra şafaətin varlığına dair öncə Quran ayələrinə əsaslanan dəlillərimizi göstərəcək, sonra qarşı tərəfin iddia və suallarının cavablarını paylaşacaq, sonda da aramızda yaranmış ixtilafı həll etmək üçün Quranın verdiyi tövsiyəni nəql edəcəyik...
  1. Şəfaət nədir?
  2. Şəfaətin haqq olduğuna dair Quran-i Kərimdən birinci dəlil...
  3. Şəfaətin haqq olduğuna dair Quran-i Kərimdən ikinci dəlil...
  4. Şəfaətin haqq olduğuna dair Quran-i Kərimdən üçüncü dəlil...
  5. Şəfaətin haqq olduğuna dair Quran-i Kərimdən digər dəlillər...
  6. Şəfaəti inkar edənlərin iddialarına cavablar...
  7. Şəfaətə inananlarla onu inkar edənlər arasında yaranmış fikir ayrılığından qurtulmaq üçün Quranın verdiyi tövsiyə...
Bu əsər Şefaat əsərinin qısaldılmış formasıdır... Daha ətraflı məlumat üçün oraya baxa bilərsiniz.