İslamda Peyğəmbərə Qurandan Əlavə Verilmiş Möcüzələr Vardırmı?

Əziz müsəlmanlar! Oxuyacağınız bu əsər: “Hz. Peyğəmbərə Quran-i Kərimdən başqa möcüzə verilməmişdir”, - deyən insanlara cavab mahiyyətində hazırlanmışdır. Onlar Quran-i Kərimdə Peyğəmbərimizin heç bir möcüzəsindən söz açılmadığını, tək möcüzənin Quran olduğunu deyirlər. Bu sözlərinin nə qədər yanlış olduğunu və bunu deyən insanların Quranı anlamaqdan nə qədər uzaq olduqlarını yazılarımızı səbirlə oxuduğunuz təqdirdə anlayacaqsınız.

Onların bu iddialarının yanlış olduğunu göstərmək üçün Peyğəmbərimizin Quran-i Kərimdə bəhs edilmiş sadəcə bir dənə möcüzəsini göstərmək kifayət edərdi. Çünki onlar deyirlər ki, Quranda Peyğəmbərimizin bircə dənə də olsa əlavə möcüzəsindən söz açılmır. Lakin biz bu yazı silsiləsində Quranda Peyğəmbərimizə verilən əlavə möcüzələrdən söz açıldığını onlarla ayə içindən seçdiyimiz dörd dəlil ilə isbat edəcəyik. Hər dəlilimiz ilə birlikdə qarşı tərəfin sözlərimizə tuta biləcəyi iradların cavablarını da paylaşacağıq. Daha sonra isə onların möcüzənin olmadığına gətirdikləri dəlillərə cavab verəcəyik. Sonda aramızda yaranan bu fikir ayrılığından qurtulmaq üçün nə etməli olduğumuzu açıqlayacağıq.
  1. Peyğəmbərimizin Qurandan əlavə möcüzə göstərdiyinə birinci dəlil...
  2. Peyğəmbərimizin Qurandan əlavə möcüzə göstərdiyinə ikinci dəlil...
  3. Peyğəmbərimizin Qurandan əlavə möcüzə göstərdiyinə üçüncü dəlil...
  4. Peyğəmbərimizin Qurandan əlavə möcüzə göstərdiyinə dördüncü dəlil...
  5. Peyğəmbərimizin Qurandan əlavə möcüzə göstərmədiyini deyənlərin iddialarına cavablar...
  6. Qurandan əlavə möcüzələrin varlığına inananlarla inanmayanlar arasında yarınmış fikir ayrılığından xilas olmaq üçün Quran-i Kərimin etdiyi tövsiyə...
Qısa şəkildə xülasəsini çatdırdığımız möcüzə ilə bağlı bu əsərin əsl halını görmək və daha ətraflı məlumat almaq üçün buraya tıklayın.