İslamda Kişilərə Cənnətdə Huri Verilməsi Vardırmı?

Əziz müsəlmanlar! Oxuyacağınız bu əsər: “Cənnətdə həm kişilərə, həm də qadınlara hurilər veriləcəkdir, hurilər söhbət yoldaşlarıdır və cinsi məqsədlər üçün verilməyəcəkdir, - deyən insanlara cavab mahiyyətində hazırlanmışdır. Bu sözlərinin nə qədər yanlış olduğunu və bunu deyən insanların Quranı anlamaqdan, məntiqdən nə qədər uzaq olduqlarını yazılarımızı səbirlə oxuduğunuz təqdirdə anlayacaqsınız.

Əvvəlki yazılarımızdan fərqli olaraq öncə qarşı tərəfin iddialarına cavab verəcək, sonra isə hurilərin yalnız kişilərə və söhbət yoldaşı olarar yox, cinsi səbəblərdən veriləcəyini isbat edəcəyik. Sonda isə yenə 
aramızda yaranmış ixtilafı həll etmək üçün Quranın verdiyi tövsiyəni nəql edəcəyik...
  1. Cənnətdə kişilərə hurilərin veriləcəyini inkar etmək hansı fəsadları yarada bilər?
  2. Sadəcə kişilərə cinsi istəklərini yerinə gətirmələri üçün hurilərin verilməsi ədalətsizlik olmazmı?
  3. Cənnətdə kişilərə hurilər veriləcəksə, qadınlara nələr veriləcək?
  4. Hurilərin söhbət yoldaşı olacağını iddia edənlərə cavab və Cənnətdə kişilərə hurilərin veriləcəyinin dəlilləri...
  5. Cənnətdə kişilərə hurilərin veriləcəyinə inananlarla bunu inkar edənlər arasında yaranmış fikir ayrılığından qurtulmaq üçün Quranın verdiyi tövsiyə...