İslamda Siğə Vardırmı?

Mütə nikahı (siğə) bir məbləğ müqabilində müəyyən bir müddət üçün qadınla evlənməkdir. Cahiliyyət dövründə halal olduğu kimi, İslamın ilk dövrlərində də halal idi. Sonra nəsx edilərək hökmü ləğv edildi.
Tirmizi belə deyir: "Mütə nikahı İslamın ilk günlərində idi. Adam bir şəhərə gedəndə heç kim ilə tanış olmadığından orada qalacağı müddət qədər bir qadınla evlənə bilərdi. O da əşyalarına baxar, mühafizə edər, işlərini yoluna qoyardı".
Mütə nikahının haram olduğuna dair ittifaq vardır. Rafizilər İlə Şiələr istisna bütün alimlər haram olduğunu qəbul edir.
İbnü Abbas mütə nikahının uzun zaman ləğv edilmədiyini deyirdi. Daha sonra mənsux (ləğv edilmiş) olduğunu qəbul edərək bunu elan etdi. Bir gün İbnu Zübeyr ilə İbnü Abbas arasında muta nikahı barədə ixtilaf oldu. İbnu Zübeyr İbnü Abbasa kinayə ilə: "Nə oldu, bəzi adamların gözü kor olduğu kimi bəsirəti də bağlandı. Rəsulullahın mütə nikahına icazə verdiyini deyirlər", - dedi.
Buradan aydın olur ki, İbnü Abbas nəsxdən, yəni mütə nikahının haram edildiyindən xəbərsiz idi, nəsx halını öyrənəndə mövqeyindən döndü. Necə ki  Said bin Cübeyrdən belə rəvayət edilmişdir: "İbnu Abbas bir gün xütbə oxudu, dedi ki, mütə nikahı leş, qan və donuz əti kimidir". (Əl-fiqh alə'l-Məzahib əl-ərbə'a, VI/90-93).
(Halil GÜNENÇ, Günümüz Meselelerine Fetvalar, II/122)

Yazının orjinal halına baxmaq üçün buraya tıklayın.