Təbərrükün yanlış olmadığına dair Quran-i Kərimdən dördüncü dəlil...

Bəqərə surəsinin 158-ci ayəsində belə buyurulmuşdur: "Həqiqətən, Səfa və Mərvə Allahın nişanələrindəndir..."

Səfa və Mərvə Ərəbistan yarımadasında yerləşən iki təpənin adıdır. Ayədə bunların Allahın şüarlarından (nişanələrindən) olduğu bildirilib. Bəs bu zaman nə etməliyik?

Həcc surəsinin 32-ci ayəsində isə belə buyurulmuşdur: "Kim Allahın nişanələrinə hörmət etsə, bu, qəlbin təqvasındandır..."

Yəni Səfa və Mərvə təpələrinə hörmət etmək qəlbin təqvasından irəli gəlir.

Bütün bu izahlardan sonra təbərrükə şirk deyənlərə bəzi suallarımız var:
  1. Siz təbərrükü inkar edir, əşyalara hörmət göstərmənin şirk olduğunu deyirsiniz. Lakin Allah Səfa və Mərvə kimi nişanələrinə hörmət etmənin təqvadan irəli gəldiyini buyurur. Bu sözünüzlə Allaha iftira atdığınızın fərqindəsinizmi?
  2. Allahın qatında Peyğəmbərimizin mübarək saqqalının, saçının iki kiçik təpə qədər dəyəri yoxdurmu ki, ona hörmət etməyi şirk sayırsınız?
Əziz müsəlmanlar! Təbərrükün haqq olduğuna dair həm Quranda, həm də səhih hədislərdə hələ çox dəlillər var. Biz burada Sinan Yılmazın əsərindən seçdiyimiz dördünü paylaşdıq. Lakin yazılarımızı vicdanla oxuyan birinin təbərrükə şirk deməkdən imtina edəcəyini ümid edirik...