Cənnətdə kişilərə hurilər veriləcəksə, qadınlara nələr veriləcək?

İslam dininə görə bu dünyada da kişilər ədalətsizlik etməyəcəkləri təqdirdə dördə qədər qadın ilə evlənə bilərlər. Lakin bir qadın sadəcə bir kişi ilə evlənə bilər. (Qadınların bir kişi ilə evlənməsinin hikmətləri başqa bir yazının mövzusu olduğundan, bu məsələni burada açmırıq).

Nəinki Cənnətdə, hələ bu dünyada belə qadınlara sadəcə bir kişi ilə evlənməyə icazə verilmişdir. Bu, fitrətə uyğun bir vəziyyətdir və (daha əvvəlki səhifədə izah olunduğu kimi) bərabərlik yaratmasa da, kifayət qədər ədalət yaradır.

Deməli, qadınların dünyada da, axirətdə də çoxlu kişilərlə birlikdə olmaları fitrətə uyğun deyil. Belə olduqda qadınlara Cənnətdə daha böyük nemətlər verilməlidir ki, ədalət yerini tapmış olsun. Bəs bu nemətlər hansılar ola bilər?

Cənnətdəki ən böyük nemət Allahın camalına tamaşa edə bilməkdir. Allah öz camalını qadınlara kişilərdən daha çox göstərəcək ola bilər. 

Beləliklə, kişilərə hurilər verilsə belə, Allah onlardan daha böyük nemət olan Camalullaha tamaşa nemətini qadınlara kişilərdən daha çox bəxş edərək ədaləti bərqərar edə bilər. Əlaqədar rəsmi yenidən paylaşırıq:


"... Heç kəsə əsla haqsızlıq edilməz..." (Ənbiya, 21/47)