Zəllə sözünün mənası ayağın sürüşməsi şəklində izah olunur. Elə geniş izaha ehtiyac olmadan, sözün mənasından zəllənin nə olduğu ortaya çıxmış olur.
Zəllə - Peyğəmbərlərin xəta ilə və ya unudub həyata keçirdikləri qüsurları ifadə edən bir termindir. (Fiqhul-Əkbər şərhi; Misir - 1323; 51, 53)
Peyğəmbərlər, əslində, peyğəmbərlikdən öncə də, peyğəmbərlik verildikdən sonra da böyük günah işləməmişlərdir. Lakin peyğəmbərliyin verilməsindən əvvəl kiçik günah eləmiş ola bilərlər. Onlar ən yaxşı olanı tərk edib yaxşı olanı etmək (Nəsəfi təfsiri, IV, 365) və ya unutmaq surəti ilə bəzi xətalar işləyərlər. Lakin Allah onlara dərhal xəbərdarlıq edər və öz xətalarından üz döndərərlər.
Günah isə yaxşı olanı tərk edib pis olanı seçməkdir. Qısacası, zəllə və günah kəskin fərqlənən terminlərdir.
Zəlləyə nümunə olaraq Hz. Yunusun (əs) davranışı göstərilə bilər. Otuz ildən artıq dini təbliğ etməsinə baxmayaraq, kafirlər ona inanmamışdılar. Bir peyğəmbərin Allahın icazəsi olmadan göndərildiyi bölgəni tərk etməsi, əlbəttə ki, yolverilməzdir. Lakin Yunus peyğəmbər Allahdan bir xəbər gəlməsini gözləmədən öz ümmətini tərk etmiş, başqa bölgəyə getməyə çalışmışdı. Bəlkə də, düşünürdü ki, gedəcəyim yerdə Allaha iman gətirənlər olar. Lakin Allahdan icazə almadan getdiyindən sahibindən qaçmış kölə vəziyyətinə düşdü. Peşman olan Yunus peyğəmbər öz qövmünün yanına qayıtdı. Hz.Yunusun yoxluğu dövründə qövmünün də başına bəlalar gəlmişdi. Peyğəmbərlərini gördüklərinə sevinən qövmü Allaha iman gətirdi və bunun sayəsində, sağlığında özünə iman gətirənlərin sayının ən çox olduğu peyğəmbərlərdən birinə çevrildi Yunus peyğəmbər.
Deməli, Hz. Yunus daha yaxşı olanı (öz qövmünə təbliğ etmək) tərk edib, yaxşı olanı (başqa qövmlərə təbliğ etmək) seçmişdir. Əgər o, yaxşı olanı (öz qövmünə təbliğ etmək) tərk edib, pis olanı (heç kimə dini təbliğ etməmək) seçsəydi, bu, günah olardı. Lakin belə etmədiyindən buna zəllə deyilir. (Hətta bu zəllədə belə bəzi hikmətlər vardır. Məsələn, Hz. Yunus öz qövmünü tərk etməsə idi, onlar Yunusa (əs) inanmaz, sonra da əzab ilə məhv olardılar. Lakin bu zəlləyə görə qövmü Allaha iman gətirdi).
Bu barədə sonrakı səhifələrdə ətraflı məlumatlar veriləcəkdir.