İslam Dinində Oğrunun Əlinin Kəsilməsi Əmr Edilirmi?

Bildiyimiz kimi Qurandan bir ayə oxuyub minlərlə İslam aliminə müxalifət etmək çağımızın bir modası halına gəlmişdir. Sanki oxunan ayəni indiyə kimi heç kim görməmişdir və elə bil ərəbcəni heç kim bu ilahiyyatçılar qədər yaxşı bilməmişdir.

Etiraz hədəfinə çevrilmiş məsələlərdən biri də oğrunun əlinin kəsilməsi məsələsidir. Bu məsələ haqqındakı iddiaları təqdim edirik. Daha sonra bunların cavablarını paylaşacağıq.


İddia:

Ərəb dilində isimlər tək, ikili və cəm olmaqla kəmiyyətə görə üç kateqoriyaya ayrılır. Ərəbcədə "əl" sözü "yəd" şəklində işlənilir. Bir insanın iki əli var. "İki əl" sözü də ərəbcədə "yəda" şəklindədir. Bu sözün cəm forması olan "əllər" sözü isə "əyd" şəklindədir. "Əyd" sözünün "əllər" mənası ilə yanaşı "güc, qüvvət" mənaları da vardır. 

Maidə surəsinin 38-ci ayəsi belədir: وَالسَّارِقُ وَالسَّارِقَةُ فَاقْطَعُواْ أَيْدِيَهُمَاOğru kişi ilə oğru qadının əllərini kəsin...


أَيْدِيَهُمَا sözünün mənası o ikisinin əlləri şəklindədir. Oğrunun kəsiləcək olsa, bir əli kəsilməlidir. Kişi və qadının hərəsinin bir əli kəsilsə, iki əlin kəsilməsindən söhbət gedər. Halbuki أَيْدِيَهُمَا sözü o ikisinin iki əli mənasını vermir, o ikisinin əlləri mənasını verir. Buradakı أَيْدِ sözü iki əl mənasınnda deyil, üç və daha artıq əllər mənasındadır.


Kişi və qadının hərəsinin bir əli kəsilsə, iki əlin kəsilməli idi. Ayədə isə bu söz üç və daha artıq əl şəkıində istifadə edildiyindən bu ayədən oğruların əllərinin kəsilməsi hökmünü çıxarmaq Ərəb dilinin qrammatikasına zidd olar. Lakin buradakı أَيْدِ sözünü güc, qüvvət mənasında başa düşsək, heç bir yanlışlıq olmaz.


Deməli, ayədəki أَيْدِ sözü məcazi mənada işlənmişdir və: "Oğru kişi ilə oğru qadının güclərini kəsin..." - anlamındadır. Hətta Quranda bir çox yerdə də أَيْدِ sözü güc, qüvvət mənasında başa düşülür.


Cavab:

Quranda keçən bir sözü məcazi olaraq başa düşmək üçün onun həqiqi mənada anlaşılmasına bir maneə olmalıdır. Yoxsa, hər istədiyimizi məcazi, istədiyimizi də həqiqi anlasaq Maidə, 5/13 ayəsində qınanmış topluluqdan nə fərqimiz qalar? "Sonra əhdlərini pozduqları üçün onları lənətlədik və ürəklərini sərtləşdirdik. Onlar (Tövratdakı) sözlərin yerlərini dəyişib təhrif edir və xəbərdar edildikləri şeylərin bir hissəsini unudurlar. Onların az bir qismi müstəsna olmaqla, sən onlardan həmişə xəyanət görəcəksən. Bununla belə, onları bağışla, günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər!"

Göründüyü kimi bu ayədə yəhudilər sözlərin mənalarını dəyişdirərək Tövratı təhrif etdiklərindən tənqid olunurlar. Özünü Allahın yerinə qoyaraq: "Bu ayə məcazidir, bu ayə həqiqi mənadadır", - deyən bəzilərinin bunlardan nə fərqi var?


Deməli, ayəni həqiqi mənada anlamalıyıq. Bu halda ayədə oğru kişi və oğru qadının əllərinin kəsilməsindən söhbət gedir.


Hz. Adəmin oğullarından biri digərinə belə demişdi:

"Sən məni öldürməkdən ötrü mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram". (Maidə, 5/28)
Göründüyü kimi bu ayədəki əl sözünü məcazi olaraq yox, həqiqi olaraq anlayırıq. Çünki bunu həqiqi mənada başa düşmək üçün heç bir maneə yoxdur.

Buna müqabil
“Hər şeyin hökmü (ixtiyarı) əlində olan (Allah) pakdır, müqəddəsdir. Siz də (Qiyamət günü dirilib) Onun hüzuruna qaytarılacaqsınız!” (Yasin, 36/83)
ayəsindəki əl sözünü məcazi olaraq anlamalıyıq. Çünki Allah heç bir şeyə bənzəməz və ona əl isnad etmək yanlışdır.

Bunu həqiqi mənada anlamağa mane olan səbəb kimi guya qrammatik normaların pozulması göstərilir. Elementar səviyyədə ərəbcə bilər hər kəs bunun yanlış olduğunu anlayacaqdır. İzaha keçmədən öncə bildirək ki, özünü xalqın qarşısında alim kimi təqdim edib Ərəb dili mütəxəssisi kimi qələmə verən ilahiyyatçıların Quranı anlamaqdan nə qədər uzaq olduqlarını görəcək və Ərəb dilindən iki dənə hərf öyrəndiyi halda özünü alim hesab etmənin törətdiyi fəlakətlərin şahidi olacaqsınız. Üstəlik belələri özünün Ərəb dilindən xəbərsiz olduğunu anlamır, bu qədər Quran tərcüməçilərini cahilliklə ittiham edir. Əslində cahil olan özləridir...


İddiaya görə, ayədə iki nəfərdən - oğru kişidən oğru qadından danışıldığı halda əl sözü ikilik halda yəda şəklində yox, üç və daha artıq əli ifadə edən əyd şəklində işlənmişdir. Hər birinin bir əli kəsilməli olduğundan əyd sözü yox, yəda sözü işlənməli idi.


Bunu demək Qurandan xəbərsizlikdir. Belə ki, Təhrim surəsinin 4-cü ayəsində belə buyurulub: "(Ey Peyğəmbərin xanımları!) Əgər ikiniz də Allaha tövbə etsəniz (çox yaxşı olar). Çünki (Peyğəmbərə xoş getməyən bir hərəkət etməklə) qəlbləriniz (onun barəsində bir qədər qeyri-səmimiliyə) meyl etdi".


Bu ayədə iki nəfərdən bəhs edildiyi halda, qəlb sözü üç və daha artıq sayı ifadə edən qulub şəklində işlənmişdir. Yəni قُلُوبُكُمَا buyurulmuşdur: sizin ikinizin üç və daha artıq qəlbləri... Deməli burada da məcaz vardır?! Xeyr, bu ifadə bütün Peyğəmbər xanımlarına şamil edilmişdir, bu səbəbdən də bu söz ikilik halda yox, cəm halda işlənmişdir.


Eyni şəkildə də فَاقْطَعُواْ أَيْدِيَهُمَا ayəsində o ikisinin (üç və daha artıq) əllərini kəsin buyurulmasının səbəbi bütün oğruların əllərinin kəsilməsini əmr etmək üçündür. Bunun bəzi dəlilləri aşağıdakılardır:


a) Ərəb dilində (ingiliscədəki the artiklı mənasını verən) ال müəyyənlik artiklı vardır. ال sözün əvvəlinə gəldiyi zaman o sözün əvvəldən bilindiyini ifadə edə bilir, o sözün cinsindən (növündən) olan bütün sözləri bir kateqoriyada toplayır və s. kimi funksiyaları yerinə yetirir.


Məsələn, Kitab bilik mənbəyidir cümləsində konkret bir kitabdan bəhs edilmir. Kitab sözü təkdə olsa da, mənaca cəmdə olur və kitablar bilik mənbəyibir mənasını, kitab adlı kateqoriyaya daxil olan ləvazimatlar bilik mənbəyidir mənasını verir.


Eyni şəkildə, Maidə surəsinin 38-ci ayəsində də oğru kişi (سارِق) sözünün əvvəlinə ال artırılmış və məna oğru kişilər topluluğuoğru qadın (سارِقَةُsözünün əvvəlinə ال artırılmış və məna oğru qadınlar topluluğu şəklində olmuşdur. Ayənin mənası isə oğru kişilər və oğru qadınlar topluluğunun fərdlərinin əllərini kəsin şəklində olacaq. O ikisinin mənası verən huma əvəzliyi isə o iki topluluğun mənasını verəcəkdir. Bu halda oğru kişilər və oğru qadınlar çox olduğundan yəda (iki əl) sözü əvəzinə əyd (əllər) sözündən istifadə edilmişdir.


b) Ayənin davamında جَزَاء بِمَا كَسَبَا نَكَالاً مِّنَ اللّهِ buyurulub. Yəni etdikləri işə qarşılıq Allahdan ibrət verici bir cəza olaraq... Ağlımıza sual verək: oğrunun gücünü kəsmək, onun oğurluq etməsinin qarşısını almaq ibrət verər, yoxsa əlini kəsmək ibrət verər?


Ağıl deyir ki, əl kəsmək ibrət verər və bunu görən heç kim oğurluğa cəsarət etməz...


Deməli, bu ayədə oğrunun əlinin kəsilməsindən söhbət gedir.


Maidə, 5/38 ayəsi haqqında bəzi ateist iddialarına cavablar:


- Oğrunun əlinin kəsilməsi zamanında ölə bilər!


Bu iddia yanlışdır. Tarix boyu bircə nəfər də olsa oğru olsun əli kəsildiyindən ölməmişdir...


- Oğruya əl kəsmə cəzasının verilməsi ağır deyilmi? Onun ailəsinin nə günahı var?


Oğrunun halına acıyırıq, bəs illərlə yığdığı malını bir andaca itirən, varlı ikən beş qəpiksiz kasıb olan ev sahibinin, onun ac yatmaq məcburiyyətində qalan ailəsinin halı? Üstəlik, bir çox hallarda oğurluq halları cinayət ilə müşahidə edilir. Bu da əl kəsmə cəzasının nə qədər doğru olduğunu bir daha sübut edir...


- İndiyə kimi minlərlə insanın əlləri kəsilib. Ərəbistanda əli kəsilməmiş bir insan görmək olmur...


Bizi əlaqədar edən İranın, Ərəbistanın etdiyi işlər yox, Hz. Peyğəmbər və onun yolundan gedənlərin gördüyü işlərdir. İslam tarixinin ilk üç əsrinə baxsaq, əl kəsmə cəzalarının sayının iki əlin barmaqlarından çox olmadığını görərik. Bu da həmin cəzanın həqiqətən doğru bir cəza olduğunu və oğurluq hadisələrinin sayını kəskin azaltdığını göstərir.


- Bu gün oğrunun əlini kəsmək tətbiq edilə bilməz, bu cəza tarixidir...


ABŞ-ın bir çox ştatlarında ölüm cəzası var, bunu etmək olar, lakin Allahın göstərdiyi və elektrik verilərərk öldürmədən dəfələrlə az şiddətli olan əl kəsmə cəzasını etmək olmaz?! Niyə bu cəzanın tətbiq edildiyi Peyğəmbərimizin dövründə oğurluq halları kəskin azaldığı halda, müasir dünyada nəinki oğurluq, hətta təcavüz olayları belə kəskin artır?


Yazının orjinalını oxumaq üçün Suallarla İslam saytına müraciət edin...