İslamda Azyaşlılarla Evliliyə İcazə Vardırmı? Rəsulullah Hz. Aişə ilə Onun Neçə Yaşı Olanda Evlənmişdir?

Lazımi evlilik yaşı mövzusunda müəyyən edilmiş bir hədd yoxdur. Evlənən qızın nikah üçün büluğ çağına yetişməsi şərt deyildir; ancaq cima (zifaf) üçün büluğ dövrünə çatması lazımdır. Fiqhi cəhətdən nəzəri olaraq körpə də, yüz əlli yaşlı qoca da evlənə bilər. Ancaq uyğunluq nöqteyi-nəzərindən evlilik həyatında problem yarada biləcək dərəcədəki yaş fərqlərinə diqqət edilməlidir.

İslamda evlənmənin faydaları olaraq rahatlığa qovuşmaq (Rum, 30/21), insan nəslini davam etdirmək,

"Evlənin, çoxalın. Çünki mən Qiyamət günü sizinlə digər ümmətlərə öyünəcəyəm". (əl-Hindi, XVI/276)
və özünü haramdan qorumaq (Tirmizi, Nikah, 1; Nəsai, Siyam, 43; Buxari, Savm, 1, Nikah, 2,3) göstərildiyinəə görə bunlardan birinin lazım olduğu, ya da ehtiyac duyulduğu yaş evlilik üçün tövsiyə ediləcək yaşdır.
Büluğ çağında Allahın insanda bir qisim fizioloji, psixoloji dəyişikliklər əmələ gətirməsi artıq bu işə başlana bilinəcəyinin işarəsidir. Yuxarıda qeyd edilən üç fayda, ya da səbəbə içində yaşanılan cəmiyyətin xarakterinin (İslam toplumu, cahiliyyət toplumu) və ətraf şərtlərinin də təsir edəcəyini düşünərək bu yaşı hər kəsin özünün müəyyən etməsi lazımdır. Büluğ çağına yetişdikdən sonra ola bildiyi qədər tez evlənmək dini və tibbi cəhətdən tövsiyə edilmişdir. (Sibai, əl-Mər'a 59 vd.) (1)
Hz. Aişə anamızın Peyğəmbərimizlə evlənmədən öncə də başqası ilə nişanlı olduğu məlumdur. Bu da onun həmin dövrdə və o şərtlərdə, o cəmiyyətdə evlilik yaşına çatmış olduğunu göstərir. Bu səbəblə də hansı yaşda evlənməsindən asılı olmayaraq onu evlilik yaşı səbəbilə tənqid etmək mümkün deyildir.
Gəlin Peyğəmbərimizin Hz. Aişə ilə onun altı yaşı olanda evləndiyini düşünək. Əksər Avropa ölkələrində isə rəsmi olaraq minimum evlilik yaşı 18 yaş, Şotlandiyada isə 16 yaşdır. Hətta Avstriya, Bolqariya, Xorvatiya, Çexiya, Danimarka, Estoniya kimi ölkələrdə rəsmi icazə əsasında 15 yaxud 16 yaşda da evlilik mümkündür. Çində isə minimal evlilik yaşı kişilərə 22 yaş, qadınlara isə 20 yaşdır. 
Hz. Aişənin altı yaşında evlənməsini tənqid edənlərə bir sualımız var: Çində evlilik yaşı 20-22 olduğu halda, Avropada 18 (hətta 15-16) yaşdır. Çin qanunvericiliyinə görə Avropadakı insanlar pedofil hesab oluna bilər? (2)
Hesab oluna bilməz, çünki evlilik yaşı o bölgənin şərtlərinə görə müəyyən edilir. Eyni şəkildə on dörd əsr əvvəl, isti iqlimin hökm sürdüyü Ərəbistan ərazisində altı yaş evlilik üçün normal hesab oluna bilərdi. 
Digər tərəfdən məkkəli müşriklər həmişə Peyğəmbərimizin ən kiçik səhvlərini axtarırdılar ki, ona etiraz edə bilsinlər. Lakin müşriklər Peyğəmbərimizə: "Baxın, altı yaşlı qız ilə evləndi", - şəklində bircə dəfə də olsun etiraz etməyiblər. Bu da o yaşda evliliyin həmin cəmiyyətdə normal qarşılandığının digər dəlilidir.

Hz. Aişənin evləndiyində 16-18 yaşlarında olduğunu qəbul etsək, İmam Buxarinin (r) Camius-Səhih adlı kitabında Hz. Aişədən nəql edilən: "Altı yaşımda nişanlandım, doqquz yaşımda evləndim", - məzmunlu hədisinə zidd olarmı?

Ərəblər gündəlik danışıqlarında tez-tez qısaltmalardan istifadə edirlər. Məsələn, bismillahirrahmanirrahim cümləsindəki hərflərdən istifadə edərək bəsmələ sözünü yaradıblar. Bismillahirrahmanirrahim cümləsinə bəsmələ deyirlər. Halbuki ərəbcədə "bəsmələ" sözü yoxdur. 15 yaşlı bir uşaqdan danışarkən: "Bu uşaq hələ beşindədir", - deyərlər. Onsuz da uşağa baxan onun on yaşından böyük olduğunu anlayacaq və yaşının son rəqəminin beş olduğunu başa düşəcəkdir. 

Bənzər şəkildə də Hz. Aişə: "Altı yaşımda nişanlandım, doqquz yaşımda evləndim", - məzmunlu sözündə qısaltmadan istifadə etmiş və on altı ilə on doqquz yaşlarını nəzərdə tutmuş ola bilər. Qısacası, Hz. Aişənin evləndiyində 16-18 yaşlarında olduğunu qəbul etsək, səhih hədisin mətninə zidd olmaz. (Ən doğrusunu Allah bilər!)

Əlavə məlumat üçün tıklayın:
Hz. Peyğəmbər (əsm) Hz. Aişə (ra) ilə neçə yaşında evlənib?
Aişə (ra) anamız Peyğəmbər Əfəndimiz (əsm) ilə evləndiyində neçə yaşında idı? Bu evliliyin doqquz yaşında olduğuna dair hədis vardırmı?

İstifadə olunmuş ədəbiyyat:

[1] sorularlaislamiyet.com/fikihta-evlilik-yasi-kactir-bulug-yasina-gelmeyen-cocuk-evlenebilir-mi 
[2] suallarlaislam.com/sual/hz-peygəmbər-sav-hzaisə-ra-ilə-necə-yasinda-evlənib