Peyğəmbərimizin Qurandan əlavə möcüzə göstərdiyinə dördüncü dəlil...

Bildiyimiz kimi, Günəş kimi açıq-aydın dəlillərlə gələn İslamın qarşısında heç bir şanslarının qalmadığını görən müşriklər dəfələrlə Peyğəmbərimizə iftiralar atmışdırlar. Onların Peyğəmbərimizə atdıqları əsas iftiralar bunlardır:

a) Kahin olduğu (haşa) iftirası

Müşriklər Rəsulullahın (əsm) Allahın ona vəhylərlə bildirməsi ilə qeybdən verdiyi xəbərlər səbəbindən ona kahin olduğunu demişdilər. Quranda Rəbbimiz bunun yanlış olduğunu açıq bir şəkildə bəyan etmişdir.
"Elə isə öyüd-nəsihət verməyə davam et. Sən öz Rəbbinin neməti sayəsində kahin də deilsən, dəli də!" (Tur, 52/29)
b) Dəli olduğu (haşa) iftirası

Hər əxlaqsızlığı işləyən, hər pis işi görən müşriklərin onları içkidən, zinadan, faldan, qumardan - zövq verən bütün ələmlərdən, haramlardan çəkindirən bir insana dəli deməkdən başqa çarələri qalmamışdı. Allah-u Təala (cc) yenə kəlamında bunun da bir iftira olduğunu bildirmişdir.
"Onlara: “Allahdan başqa heç bir tanrı yoxdur!” - deyildiyi zaman təkəbbür göstərirdilər və: “Biz heç divanə bir şairdən ötrü tanrılarımızı tərk edərikmi?!” - deyirdilər. Xeyr, o, haqla gəldi və peyğəmbərləri təsdiq etdi". (Saffat, 37/35-37)
c) Şair olduğu (haşa) iftirası

Quran-i Kərim kimi bir incini qarşılarına qoyduğu üçün müşriklər aciz qalıb nə dediklərini bilməz hala düşdülər, Rəsulullahın şair olduğu iftirasını atdılar. Oxuma-yazma bilməyən bir şair? Özləri də bunun belə olmadığını bilirdilər, lakin yenə də iftiralarından dönmürdülər. Yenə Quranda Rəbbimiz onların bu sözlərinin də yanlış olduğunu belə bəyan etmişdir:
"Biz ona şeir öyrətmədik və bu ona heç yaraşmaz da. Ona vəhy olunan ancaq öyüd-nəsihət və açıq-aşkar Qurandır!" (Yasin, 36/69)
Yunus surəsinin ikinci ayəsində Rəbbimiz belə buyurmuşdur: "... kafirlər: “Bu, həqiqətən, açıq-aşkar bir sehrbazdır!” - dedilər".

Ayədə müşriklərin Peyğəmbərimizə (əsm) atdığı iftiralardan daha biri - haşa sehrbaz olduğu haqqındakı iftiralarından söz açılmışdır. Öyrəndik ki, Peyğəmbərimizə Quranı gətirdiyi üçün şair, qeybdən xəbər verdiyi üçün də kahin deyirdilər. Bəs hansı səbəbə sehrbaz deyirdilər? Bunu öyrənmək üçün əvvəlki peyğəmbərlərin həyatlarına baxa bilərik:

(Musa) əsasını (yerə) atan kimi, o, dərhal açıq-aşkar bir əjdaha oldu. Sonra əlini (qoltuğunun altından, yaxud qoynundan) çıxarar-çıxartmaz o, baxanlara ağappaq göründü (parlaq bir nur kəsildi). (Firon) ətrafındakılara dedi: “Şübhəsiz ki, bu, çox bilikli bir sehrbazdır! (Şuəra, 26/32-34)

Həqiqətən, Biz Musanı ayələrimizlə və açıq-aydın bir dəlillə göndərdik. Fironun, (onun vəziri) Hamanın və Qarunun yanına. Onlar isə: “Bu sehrbazdır, yalançıdır!” -dedilər. (Mumin, 40/23-24)

Deməli, bir kafirlərin peyğəmbərə sehrbaz demələri üçün o Peyğəmbərin möcüzə göstərməsi lazım gələr. Çünki heç bir şey etməyən insana birdən-birə sehrbaz deyilməz!

Bu mövzuda daha açıq bir ayə də vardır: Əgər müşriklər bir möcüzə görsələr, (imandan) üz döndərib: “(Bu, uzun müddət) davam edən bir sehrdir!” -deyərlər. (Qamər, 54/2)

Buradan çıxardığımız nəticə budur: Müşriklər Yunus surəsinin ikinci ayəsinin də təsdiqi ilə Rəsulullaha (əsm) sehrbaz deyiblər, və yenə müşriklər Qamər surəsinin ikinci ayəsinin təsdiqi ilə ancaq möcüzə göstərən bir peyğəmbərə sehrbaz deyirlər, onda Rəsulullah (əsm) da digər peyğəmbərlər kimi bir çox möcüzələr göstərmişdir.

Bütün bu izahlardan sonra Peyğəmbərimizə Qurandan başqa möcüzə verilmədiyini iddia edənlərə bəzi suallarımız var:
  1. Müşriklər ancaq möcüzə göstərən bir peyğəmbərə sehrbaz dedikləri halda, və Rəsulullaha da: "Sən açıqca bir sehrbazsan", - demələrinə rəğmən necə olur ki, siz Rəsulullaha Qurandan başqa möcüzənin verilmədiyini iddia edirsiniz?
  2. Yoxsa, müşriklərin Peyğəmbərimizə sehrbaz dediyini xəbər verən ayəni inkar edirsiniz?
  3. Əgər: "Peyğəmbərimizə Qurandan başqa möcüzə verilməyib", - deməyə davam edirsinizsə, onda müşriklərin Rəsulullaha sehrbaz demələrinin səbəbini nə ilə izah edirsiniz?
Peyğəmbərimizin Qurandan əlavə möcüzəsinin olmadığını deyənlər bu ayədə xəbər verilmiş hadisəyə - müşriklərin Rəsulullaha sehrbaz deməsinə də bir dırnaqarası izah tapmışdırlar. İndi də onların Yunus surəsinin ikinci ayəsi haqqındakı iddiasına cavab verək. Belə oduqda onların iddialarının nə qədər tutarsız olduqlarını görəcək və Peyğəmbərimizin Qurandan başqa möcüzələrinin də olduğunu qəbul etməkdən başqa yol qalmadığının şahidi olacaqsınız.

İddia:
Peyğəmbərimizə verilmiş tək möcüzə Quran-i Kərimdir. Müşriklərin də Peyğəmbəri sehrbaz adlandırmasının səbəbi onun Quran-i Kərimi təbliğ etməsi olmuşdur.

Cavab:
1. Quran-i Kərimin əksər Peyğəmbərimizin sağlığında yazılı vəziyyətdə kitab şəklində deyildi. Onda müşriklər onu müəyyən mənada şifahi olaraq dinləyirdilər. Sehr görünə bilən, lakin məntiqi dəlillərlə izah oluna bilinməyən şeylərə deyilir. Bu səbəbdən də müşriklər Quranı sehr yox, şeir adlandırmışdılar. Deməli, müşriklərin sehr adlandırdığı şey başqa möcüzələr olmalıdır.

2. Daha əvvəl nəql etdiyimiz üç dəlil də iki üstəgəl iki bərabərdir dörd dərəcəsində sübut edir ki, Peyğəmbərimizə Qurandan əlavə möcüzələr verilmişdir. Onda müşriklər Qamər, 54/2 ayəsinə görə də Quran səbəbindən deyil, digər möcüzələr səbəbindən Peyğəmbərimizə sehrbaz demişdilər.

3. Hz. Musaya (əs) da ilahi bir kitab - Tövrat nazil olunmuşdu. Lakin Mumin, 40/23-24 və Şuəra, 26/32-34 ayələrindən aydın olur ki, ona sehrbaz deyənlər Tövrat səbəbilə yox, başqa möcüzələri səbəbilə sehrbaz demişdilər. Bu halda Rəsulullah da Quran səbəbindən yox, başqa səbəbdən sehrbaz adlandırılmışdır. Bu başqa səbəb də Qurandan əlavə möcüzələrin veriilməsindən ayrı bir şey ola bilməz.

İzahlarımızdan aydın olur ki, daha əvvəl nəql etdiyimiz üç dəlil olmasa belə, təkbaşına Yunus surəsinin ikinci ayəsi vicdanla düşünənlər üçün Peyğəmbərə Qurandan başqa möcüzələrin də verildiyini isbat edir.

Biz sizə Sinan Yılmazın "Mucize Haktır" əsərini qısaldaraq təqdim edirik. Nəql etmədiyimiz Quranda adı çəkilən daha üç möcüzə haqqında məlumat əldə etmək üçün buraya tıklayın.

Gəlin Peyğəmbərimizin Qurandan əlavə möcüzə göstərdiyinin dördüncü dəlilini burada yekunlaşdıraq və Peyğəmbərimizin Qurandan əlavə möcüzə göstərmədiyini deyənlərin iddialarına verdiyimiz cavablara keçək...