Əvvəlcə Rəsulullahdan öncə göndərilmiş bütün peyğəmbərlərin, daha sonra isə Rəsul-i Əkrəmin günahsız olduqlarının dəlillərini paylaşacağıq.
Hz. Muhəmmədə qədər göndərilmiş bütün peyğəmbərlərin günahsız olduqlarının bəzi dəlilləri:
1. Hucurat surəsinin 6-cı ayəsində belə buyurulmuşdur: "...Əgər bir fasiq sizə bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın..."
Ayədə keçən fasiq (فاسق) sözünün mənası günah edən, günahkardır. Deməli, ayədə bir günahkar bizə hər hansı xəbər gətirərsə, onun doğruluğunu araşdırmağımız əmr edilmişdir. Şübhəsiz, insanlara gələn xəbərlərdən ən önəmliləri Allah, din, axirət kimi qeyb mövzularına aid xəbərlərdir. Deməli, ən önəmli mövzularda olan dinə aid xəbərlər insanlara çatdırıldığı zaman onun daha intizamlı və digər xəbərlərə nisbətən daha ciddi şəkildə araşdırılması lazımdır.
Əgər hər hansısa bir peyğəmbər günahkar - fasiq ola bilərsə, onda ayədən çıxan nəticəyə görə öz qövmünə bir xəbər verdiyi zaman qövmü bu xəbəri araşdırmalıdır. Bəs haradan araşdırsın? Peyğəmbər görünməyən aləmdən xəbər verir. Bəs insanlar görünməyən aləm haqqında olan məlumatların doğruluğunu nə şəkildə araşdırsın? Heç bir yerdən araşdırmaları mümkün deyildir.
Əgər peyğəmbərlər günah edə bilsələr, onda ya insanlar: "Əgər bir fasiq sizə bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın", - əmrini yerinə yetirə bilmədən peyğəmbərə tabe olmalı; ya da xəbərlərin doğruluqlarını yoxlayacaq mənbələr olmadığından peyğəmbərlərə tabe olmamalıdırlar. Hər iki halda da (haşa) Allahın hərəkətində hikmətsizlik yaranar. Çünki birinci halda Hucurat, 49/6 əmri yersiz olar, ikinci halda da insanlara peyğəmbər göndərməsi mənasız olardı.
Üstəlik yuxarıdakı vəziyyət iman etmə baxımından bütün peyğəmbərlər üçün eynidir. Bəqərə surəsinin 285-ci ayəsində belə buyurulmuşdur: “...Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq..."
Vəziyyət bütün peyğəmbərlərdə də eyni olduğu təqdirdə, peyğəmbərlərin günahkar ola biləcəyini düşünənlər bu labirintdən çıxa bilməzlər. Onlar məsələni həll etmək üçün ya Hucurat, 49/6 əmrinin mənasız olduğunu, ya da insanlara peyğəmbər göndərilməsinin boşuna olduğunu iddia etməlidirlər ki, hər iki iddia da insanı dindən çıxardar. Bəs nə etməli?
Bəqərə surəsinin 285-ci ayəsi belə davam edir: “...Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq. Eşitdik və itaət etdik..."
Gəlin bütün izahlardan sonra bir nəticəyə gələk: Madam ki Bəqərə, 2/285 ayəsinin ifadəsinə görə iman etmə baxımından bütün peyğəmbərlər eynidir və madam Allahın heç bir hikmətsiz işi yoxdur, və yenə madam ki onların qövmləri araşdırma aparmadan: "Eşitdik və itaət etdik!" - demişdirlər, onda peyğəmbərlərin heç biri fasiq, yəni günahkar olmamışdır və günahların kiçiyindən də, böyüyündən də uzaq olmuşdurlar ki, araşdırmağa ehtiyac yaranmasın.
Deməli, Hucurat surəsinin 6-cı ayəsi isbat edir ki, bütün peyğəmbərlər günahsız olmuşdurlar.
2. Bəqərə surəsinin 44-cü ayəsində belə buyurulmuşdur: "Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz?.."
Günah barədə danışarkən onun yaxşı olanı tərk edib pis olanı seçmək olduğunu bildirmişdik. Bu ayə yəhudilər haqqında nazil olmuşdur. Ayənin bəyanına görə, yəhudilər özləri günah işlədikləri halda, insanlara yaxşı işlər görmələrini əmr edir, özlərini unudurdular. Bəqərə surəsinin həmin ayəsində başqasına yaxşılıq əmr edib özünü yaddan çıxarmaq kəskin şəkildə tənqid edilmişdir.
Heç mümkündürmü ki, Allah adi insanları belə başqasına yaxşılıq əmr etdiyi halda özünü yaddan çıxarmaqdan çəkindirsin, eyni zamanda da günahkar - başqasına dini təbliğ edib özünü yaddan çıxaran, özü günah işləyən insanlara da peyğəmbərlik versin? Əlbəttə ki mümkün deyildir.
Deməli, Bəqərə surəsinin 44-cü ayəsi isbat edir ki, bütün peyğəmbərlər günahsız olmuşdurlar.
3. Hud surəsinin 18-ci ayəsində belə buyurulmuşdur: "... Bilin ki, Allahın lənəti zalımların üzərinədir!"
Əlbəttə ki, Allahın verdiyi bədəndən onun verilmə səbəbi olan ibadət etmək üçün yox, günah iş görmək üçün istifadə etmək elə ən böyük zülm olardı. Demək, günah iş görən birisi zalımdır. Bəs zalım olana - kiçik də olsa, bilə-bilə günah iş görüb öz nəfsinə zülm edənə peyğəmbərlik verilə bilərmi?
Allah: "Zalımlar mənim əhdimə nail ola bilməzlər", - buyurmuşdur. Əgər peyğəmbərlər günahkar olsa idilər, onda zalım olardılar. Allah bir zalıma nəinki peyğəmbərliyi, hətta imamlığı belə verməz.
Deməli, Hud surəsinin 18-ci və Bəqərə surəsinin 124-cü ayələri isbat edir ki, bütün peyğəmbərlər günahsız olmuşdurlar.
4. Ümmətin çox böyük hissəsi bütün peyğəmbərlərin məsum olduqları xüsusunda ittifaq etmişdir. Ümmətin çox hissəsinin bir mövzuda ittifaq etməsinin yetərli dəlil olub-olmadığı haqqında məlumat üçün buraya tıklayın.
Deməli, Ümmət-i Muhəmmədin icması isbat edir ki, bütün peyğəmbərlər günahsız olmuşdurlar.
Hz. Muhəmmədin günahsız olduğunun dəlilləri:
1. Hz. Peyğəmbər də Allahın bir elçisi olduğundan yuxarıdakı bütün dəlillər onun da məsum olduğunu isbat edir.
2. Ali İmran surəsinin 31-ci ayəsində belə buyurulmuşdur: "De: “Əgər Allahı sevirsinizsə, mənə ittiba edin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhmlidir!”
Uca Allah (cc) bu ayədə Peyğəmbərimizin həqiqətən də Allahı sevən möninlərə: "Mənə ittiba edin (فَاتَّبِعُونِي)" əmrini verməsini istəmişdir. İttiba sözü bir insanın yolu ilə getmək, ona uymaq, nə hərəkət eləsə, eynisini təqlid etməyə çalışmaq mənalarındadır.
Bu ayəni oxuyan hər bir mönin qeyd-şərtsiz Peyğəmbərə ittiba etməlidir.
Allahın Rəsulu kiçik də olsa, bir günah etsə və möminlər də Ali İmran, 3/31 ayəsinə uyaraq o günahı təqlid etsələr, Allah günahı təqlid etməyi əmr etmiş kimi olardı. Bəs Allah -kiçik də olsa- günah işləməyi əmr edərmi?
Deməli, Ali İmran surəsinin 31-ci ayəsi isbat edir ki, Peyğəmbərimiz (əsm) günahsız olmuşdur.
Peyğəmbərlərin məsum olmaları haqqındakı dəlillər sadəcə bu qədər deyildir. Yuxarıda nəql etdiklərimiz bu mövzudakı dəlillərin sadəcə bir qismidir. Lakin hər biri peyğəmbərlərin məsum olduqlarını ölməmiş qəlblərə qəti şəkildə isbat etdiyindən, bütün dəlilləri nəql etmə ehtiyacı hiss etmədik.
Gəlin peyğəmbərlərin günahsız olduqlarına dair Quran-i Kərimdən göstərdiyimiz dəlilləri burada yekunlaşdıraq və peyğəmbərlərin günah edə biləcəyini iddia edənlərin sözlərinə verdiyimiz cavablara keçək...

Rəhbər şəklində tərcümə olunmuş söz ayənin orjinalında "imamən" (إِمَامًا) şəklindədir. Peyğəmbər sözü imam sözündən daha geniş həcmə sahibdir. O halda kimsə imam belə ola bilməzsə, peyğəmbər ola bilməsi qeyri-mümkündür.Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə əmrlə imtahana çəkdiyi zaman o, bunları tamamilə yerinə yetirdi. (Allah ona): “Səni insanlara rəhbər təyin edəcəyəm”, - dedi. (İbrahim): “Bəs nəslimdən olanları?”- deyə soruşdu. (Allah cavabında): “Zalımlar mənim əhdimə nail ola bilməzlər”, - buyurdu. (Bəqərə, 2/124)
Allah: "Zalımlar mənim əhdimə nail ola bilməzlər", - buyurmuşdur. Əgər peyğəmbərlər günahkar olsa idilər, onda zalım olardılar. Allah bir zalıma nəinki peyğəmbərliyi, hətta imamlığı belə verməz.
Deməli, Hud surəsinin 18-ci və Bəqərə surəsinin 124-cü ayələri isbat edir ki, bütün peyğəmbərlər günahsız olmuşdurlar.
4. Ümmətin çox böyük hissəsi bütün peyğəmbərlərin məsum olduqları xüsusunda ittifaq etmişdir. Ümmətin çox hissəsinin bir mövzuda ittifaq etməsinin yetərli dəlil olub-olmadığı haqqında məlumat üçün buraya tıklayın.
Deməli, Ümmət-i Muhəmmədin icması isbat edir ki, bütün peyğəmbərlər günahsız olmuşdurlar.
Hz. Muhəmmədin günahsız olduğunun dəlilləri:
1. Hz. Peyğəmbər də Allahın bir elçisi olduğundan yuxarıdakı bütün dəlillər onun da məsum olduğunu isbat edir.
2. Ali İmran surəsinin 31-ci ayəsində belə buyurulmuşdur: "De: “Əgər Allahı sevirsinizsə, mənə ittiba edin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, rəhmlidir!”
Uca Allah (cc) bu ayədə Peyğəmbərimizin həqiqətən də Allahı sevən möninlərə: "Mənə ittiba edin (فَاتَّبِعُونِي)" əmrini verməsini istəmişdir. İttiba sözü bir insanın yolu ilə getmək, ona uymaq, nə hərəkət eləsə, eynisini təqlid etməyə çalışmaq mənalarındadır.
Bu ayəni oxuyan hər bir mönin qeyd-şərtsiz Peyğəmbərə ittiba etməlidir.
Allahın Rəsulu kiçik də olsa, bir günah etsə və möminlər də Ali İmran, 3/31 ayəsinə uyaraq o günahı təqlid etsələr, Allah günahı təqlid etməyi əmr etmiş kimi olardı. Bəs Allah -kiçik də olsa- günah işləməyi əmr edərmi?
Madam ki Allah kiçik olsa belə, bir günahı əmr etməz və madam ki Allah Peyğəmbər nə eləsə eynisini təqlid etməyi əmr etmişdir, o halda Peyğəmbərimiz kiçik günah da, böyük günah da etməmişdir."... Allah çirkin işləri əmr etməz!.." (Əraf, 7/28)