Nəcm surəsinin ilk on iki ayəsində belə buyurulmuşdur: "Batmaqda olan ulduza and olsun ki, sizin yoldaşınız (Muhəmməd əleyhissəlam) nə haqq yoldan sapmış, nə də azmışdır! O, həva-həvəslə danışmır. Bu, ancaq (Allahdan) nazil olan bir vəhydir. Onu (Muhəmməd əleyhissəlama) çox qüvvətli olan (Cəbrail) öyrətdi. O qüvvət sahibi (səmada öz həqiqi surətində) bərqərar oldu. O (Cəbrail) ən uca üfüqdə idi. Sonra (Cəbrail Muhəmməd əleyhissəlama) yaxınlaşdı və aşağı endi. (Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu. Sonra (Cəbrail Allahın) Öz bəndəsinə (Muhəmmədə) vəhy buyurduğunu vəhy etdi. Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü yalan saymadı. Siz onunla gördüyü barəsində mübahisəmi edirsiniz?"
Surənin bu bölümü Peyğəmbərimizə gəlmiş ilk vəhylərdən, ilk vəhy təcrübəsindən bəhs edir. Burada Peyğəmbərimizə inanmayan, əvvəllər ona Muhəmmədül-Əmin dedikləri halda peyğəmbərliyindən sonra yalançı sayanlar sərt şəkildə tənqid edilmişdir.
Surənin 13-18-ci ayələrində isə belə buyurulmuşdur: "And olsun ki, (Cəbraili) başqa bir enişdə də görmüşdü. Sidrətül-müntəhanın yanında. Məva cənnəti onun yanındadır. O zaman Sidrəni nələr bürümüşdü, nələr! Göz nə (sağa-sola) yayındı, nə də uzağa getdi. And olsun ki, (Peyğəmbər) öz Rəbbinin ən böyük ayələrindən bir qismini gördü".
Surənin ikinci hissəsi isə mövzumuz olan Merac haqqındadır. Belə ki, burada Cəbrailin başqa bir dəfə də öz əsli surətində Peyğəmbərimizə görünməsindən bəhs edilir.
Ayədə keçən Sidrətül-müntəha və Cənnətül-məva sözlərinə lüğəvi məna yükləyərək istirahət ediləcək bir bağçanın yanındakı sidr ağacı anlamını verənlər, dolayısıyla, bunun da yer üzündə olduğunu bildirənlər və Cəbraili ikinci dəfə də əsli surətində görməsinin yer üzündə baş verdiyini deyənlər vardır. Əvvəla, onlardan bu iddialarının dəlillərini göstərmələrini istəyirik. Dəlilləri yoxdur. Çünki öz istəklərinə görə bu ifadələri lüğəvi mənada tərcümə ediblər. Bunlara qarşı cavabımız belədir:
- Bütün İslam alimləri Sidrətül-müntəhanın termin olduğunu bildirmiş və bunun yer üzündə olmadığını - varlıq aləminin sonunda, səmada olduğunu demişdirlər. Habelə səhabənin ən böyük müfəssirlərindən olan İbnu Abbas həzrətləri Sidrətül-müntəhanın arşın altında yerləşən bir ağac olduğunu bildirmişdirlər. Əlbəttə ki, Quran dərsini şəxsən Rəsulullahdan almış İbnu Abbasın və saysız-hesabsız İslam aliminin Sidrətül-müntəha haqqındakı sözləri doğrudur və Sidrətül-müntəha yerdə deyildir. Çünki burada isbat edildiyi kimi bu qədər İslam aliminin yanlış bir fikirdə ittifaq etmələri mümkünsüzdür.
- Səcdə surəsinin 19-cu ayəsində belə buyurulmuşdur: "İman gətirib yaxşı işlər görənləri etdikləri əməllər müqabilində qalacaqları Məva cənnətləri gözləyir". Bu ayədə Cənnatül-məva ifadəsi bildiyimiz Cənnət mənasında işlənmişdir. "Cənnət" sözləri həqiqi mənasında başa düşməyə mane olan yerlərdə "bağça" kimi tərcümə olunur. Nəcm surəsində isə belə bir maneə yoxdur. Onda buradakı Cənnətül-məva sözü də həqiqi mənadadır və onun Sidrətül-müntəha onun yanındadırsa, yer üzündə ola bilməz.
- Əgər ayədəki "məva" sözünü "sığınılacaq, pənah aparılacaq" şəklində tərcümə etsək belə, yenə də bu Nəcm surəsində həmin ayədəki "cənnət" sözünə "bağça" mənası verməmizə səbəb olmaz. Belə ki, Naziat surəsinin 41-ci ayəsində "məva" sözü "sığınılacaq" yer şəklində tərcümə edilsə də, oradakı "cənnət" sözünə "bağça" mənası verilmir. Deməli, hər bir halda Nəcm surəsində bağçalardan yox, bildiyimiz Cənnətdən bəhs edir.
Ayələrə geri qayıdaq: Cəbrail öz əsli surətində Məva Cənnətlərinin yanında Peyğəmbərimizə görünmüşdür. İkincisi, bu görüşmə eniş zamanında olmuşdur. Bu eniş Peyğəmbərimizə aid ola bilər, çünki ayələr hər iki şəkildə anlaşılmağa uyğundur. (Əksər müfəssirlər bunun Peyğəmbərimizin hərəkəti olduğunu, Cəbrailin (əs) Sidrənin yanında, Peyğəmbərimizin isə daha yuxarıda olduğunu, daha sonra isə aşağı endiyini bildirmişdirlər). Üçüncüsü, həmin zaman Sidrətül-müntəhanı ibrətamiz şeylər əhatə etmişdir. Dördüncüsü, Peyğəmbərimiz həmin zaman içərisində Rəbbimizin ən böyük ayələrindən bir hissəsini görmüşdür.
İsra surəsinin ilk ayəsində nə buyurulmuşdu? "Ayələrimizdən bir qismini göstərmək üçün bəndəsini bir gecə Məscidülhəramdan ... Məscidüləqsaya aparan Allah..." Nəcm surəsinin 18-ci ayəsində nə buyurulmuşdu? "And olsun ki, öz Rəbbinin ən böyük ayələrindən bir qismini gördü".
Həm İsra surəsinin لِنُرِيَهُ مِنْ آيَاتِنَا (ayələrimizdən bir hissəsini göstərmək üçün) hissəsində keçən, həm də Nəcm surəsinin رَأَى مِنْ آيَاتِ رَبِّهِ الْكُبْرَى (Rəbbinin ayələrindən bir qismini gördü) hissəsində keçən مِنْ hərfu-cərri nəyinsə bir hissəsi mənasını verir. Əgər bu ayələr meracdan bəhs etməsə idi, Peyğəmbərimiz sadəcə Cəbraili görmüş olardı. Bu zaman "Rəbbinin ən böyük ayələrindən birini gördü" ifadəsi işlənərdi. Lakin ayədə مِنْ işlənmiş və məna: "Rəbbinin ən böyük ayələrindən bir qismini gördü", - şəklində olmuşdur. Deməli, Peyğəmbərimiz Cəbraildən başqa şeyləri də görmüşdür və bunlar Allahın yer üzündəki dəlilləri deyildir. Çünki yer üzündəki dəlilləri hamı görə bilir və bu zaman Peyğəmbərimizə özəl bir durum yaranmazdı.
Digər bir tərəfdən Peyğəmbərimiz Meraca qaldırılmaq üçün ilk növbətə Məscidül-Əqsaya aparılmışdır. Həmin hadisəni bildirən İsra surəsinin ilk ayəsi "sübhanəlləzi..." kəliməsi ilə başlayır. Yəni, o Allahı təsbeh edərik, qüsur və nöqsanlardan uzaq bilərik mənalarına gəlir. Quran-i Kərimdə "sübhanəlləzi..." şəklində başlayan bütün ayələrdə Allahın əzəmətinə aid edilən şeylərdən danışılır.
Madam ki bu ayə də "sübhanəlləzi..." şəklində başlamışdır və Peyğəmbərimizə ən böyük ayələrdən bir hissəsinin göstəriləcəyi (İsra, 17/1) deyilmiş, sonra da göstərilmişdir (Nəcm, 53/18) və bu da Allahın əzəmətinə dəlalət edən olaylardan olmuşdur, eyni zamanda bu hadisə Sidrətül-müntəhanın ətrafında - göy üzündə baş vermişdir (Nəcm, 53/14-16), bununla bərabər bu olay ağlasığmaz dərəcədə olub insanlar arasında fitnə salmışdır (İsra, 17/60), onda bu, Meracdan başqa bir şey deyildir.
Bütün bu ayələri birlikdə təhlil etsək, Meracdan Quranda da kifayət qədər danışıldığının şahidi olarıq.
Gəlin Qurandan Meracın haqq olduğuna dair göstərdiyimiz ikinci dəlili burada yekunlaşdıraq və qarşı tərəfin iddialarının cavablarına keçək...