Şəfaət nədir?

Şəfaəti inkar edən bir çox reformist ilahiyyatçı bu ifadəyə bir çox yanlış mənalar yükləyirlər. Sonra o yanlış mənaları Əhli Sünnət alimlərinin üzərinə atırlar. Sonra da: "Bu nədir, belə də şey olar?" - deyib psixoloji hiylə işlədirlər.

Bunun qarşısını almaq üçün öncə Əhli Sünnət alimlərinin şəfaət sözünə verdikləri izahı nəql edirik:

Şəfaət kiminsə günahlarını bağışlatmaq üçün o şəxs haqqında edilən bir istəkdir. Daha doğrusu, axirətdə bir qisim günahkar möminlərin əfv edilmələri üçün başda Rəsulullah olmaqla digər böyük zatların Allaha dua etmələridir.

Bizim inancımıza görə şəfaət haqdır və Allahın icazə verməsindən asılıdır.

Onda, şəfaətə yanlış məna verən və bizə iftira atanlara inanmamaq lazımdır... Çünki Mustafa İslamoğlunun: "Şefaat torpildir", Mustafa Öztürkün: "Şefaat inancı müşriklerin ... inancıdır", - sözləri tam bir iftiradır və şəfaətə yanlış məna verilməsinin bariz örnəkləridir.