Şəfaətin haqq olduğuna dair Quran-i Kərimdən birinci dəlil...

Bəqərə surəsinin 255-ci ayəsində belə buyurulmuşdur: "... Kimdir o şəxs ki onun qatında şəfaət etsin?.." (مَن ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ) 

Buradakı sual cavab almaq məqsədi ilə verilməmişdir. Məsələn, bir sultan: "Kimdir o şəxs ki, mənim sözümü saymasın?" - deyirsə, bu sözü ilə: "Mənim sözümü saymayacaq heç kim yoxdur!" - fikrini çatdırmaq istəmişdir.

Eyni şəkildə də, "... Kimdir o şəxs ki onun (Allahın) qatında şəfaət etsin?.." (مَن ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ) hissəsində də Allahın qatında heç kimin şəfaət edə bilməyəcəyi bəyan edilmişdir. Ayə bununla bitsə idi, şəfaətin varlığını rədd etmək olardı. Lakin ayə belə bitmir.

Ayənin davamında belə buyurulmuşdur: "... onun icazəsi ilə olan istisna... " (إِلاَّ بِإِذْنِهِ)

Bununla da "Allahın qatında heç kimin şəfaət edə bilməz!" bəyanına bir istisna gətirilmişdir: "... onun icazəsi ilə olan istisna... " (إِلاَّ بِإِذْنِهِ)

(إِلاَّ بِإِذْنِهِ) qeydindən başa düşülür ki, Allahın icazə verdiyi insanlar başqalarına şəfaət edə biləcəkdirlər. Biz də daha əvvəl şəfaətin Allahın icazə verməsinə bağlı olduğunu qeyd etmişdik.

Əgər şəfaət olmasaydı, ayədəki (إِلاَّ بِإِذْنِهِqeydi yersiz olardı. Madam Quranda yersiz bir hərf belə yoxdur, o halda şəfaət gerçəkdir və Allahın icazəsi ilədir.

Bütün bunlardan sonra şəfaəti inkar edənlərə bəzi suallarımız var:
  1. Bəqərə, 2/255 ayəsində açıqca şəfaətin varlığından bəhs edilmişdir. Ayədə şəfaətin varlığı yox, Allahın icazə vermədiyi şəfaətin varlığı inkar edilmişdir. Siz heç bu ayəni oxumursunuzmu?
  2. Əgər şəfaəti yenə inkar edirsinizsə, إِلاَّ بِإِذْنِهِ ifadəsini necə başa düşürsünüz? إِلاَّ بِإِذْنِهِ cümləsinin mənası "... onun icazəsi ilə olan istisna... "  şəklindədir. 
  3. Yenı də: "Şəfaəti inkar edirəm", - deyirsinizsə, niyə Quran kitabınızdan إِلاَّ بِإِذْنِهِ cümləsini çıxarmırsınız?
Gəlin şəfaətin haqq olduğuna dair Quran-i Kərimdən göstərdiyimiz birinci dəlili burada yekunlaşdıraq və ikinci dəlilə keçək...