Şəfaətin haqq olduğuna dair Quran-i Kərimdən ikinci dəlil...

Taha surəsinin 109-cu ayəsində belə buyurulmuşdur: "O gün şəfaət fayda verməz!.." (يَوْمَئِذٍ لَّا تَنفَعُ الشَّفَاعَةُ)

Ayə bu cür bitsə idi, şəfaətin varlığını inkar etmək olardı. Lakin ayə belə bitmir və bu cür davam edir: "... sadəcə o şəxsə fayda verər..." (إِلَّا مَنْ) Bu bəyan ilə şəfaətin sadəcə müəyyən şəxslərə fayda verə biləcəyi bildirilmişdir. Bəs bu insanlar kimdir? 

Ayə belə davam edir: "... Rəhmanın izin verdiyi və sözündən razı olduğu kəslər..." (أَذِنَ لَهُ الرَّحْمَنُ وَرَضِيَ لَهُ قَوْلًا)

Ayədən şəfaətin Allahın icazə vermədiyi kəslərə fayda vermyəcəyi; icazə verdiyi və sözündən razı qaldığı şəxslərə isə fayda verəcəyi bildirilmişdir.

Bu izahlardan sonra şəfaəti inkar edənlərə bəzi suallarımız var:
  1. Ayə açıq bir şəkildə şəfaətin Allahın icazəsinə və razı olmasına bağlı olduğunu bildirdiyi halda, necə olur ki, şəfaəti inkar edirsiniz?
  2. Şəfaətin fayda verməyəcəyi bildirildikdən sonra (إِلَّا مَنْ) qeydi ilə bu hökmə istisna göstərilmişdir. Siz bu istisnanı rədd edib şəfaətin heç olmadığını deyərək إِلَّا مَنْ ifadəsinin boş yerə olduğunu iddia etdiyinizin fərqinə varırsınızmı?
  3. Bütün bunlara rəğmən yenə də şəfaəti inkar edirsinizsə, niyə Quran kitabınızdan إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَنُ وَرَضِيَ لَهُ قَوْلً cümləsini çıxarmırsınız?
Gəlin şəfaətin haqq olduğuna dair Quran-i Kərimdən göstərdiyimiz ikinci dəlili burada yekunlaşdıraq və üçüncü dəlilə keçək...