Şəfaətin haqq olduğuna dair Quran-i Kərimdən üçüncü dəlil...

Ənbiya surəsinin 28-ci ayəsində belə buyurulmuşdur: (وَلَا يَشْفَعُونَ) "... onlar (mələklər) şəfaət edə bilməzlər..."

Ayənin bu hissəsində mələklərin şəfaət edə bilməyəcəklərindən bəhs edilir. Əgər ayə belə bitsə idi, şəfaətin varlığını inkar etmək olardı. Lakin ayə belə bitməyir və bu cür davam edir: (إِلَّا لِمَنِ) "... sadəcə o şəxsə edə bilərlər..."

Bu hissədə isə mələklərin şəfaət edə bilməyəcəyi bəyanına bir istisnalıq gətirilmişdir. Bəs şəfaət edilə bilinəcək insanlar kimlərdir? (إِلَّا لِمَنِ ارْتَضَى) "...sadəcə Allahın razı olduğu kəslərə şəfaət edə bilərlər..."

Bunu belə anlamaq olar: Bir qul çox böyük günahlar işləyər, lakin bir zalım hökmdarın önündə haqqı söyləmək kimi, ya da Allahın isimlərinin lağa qoyulduğu yerdə lazımi cavabı kafirlərə vermək kimi Allahın xoşuna gələsi işlər də görər. Əlbəttə, bu işləri günahlarının yanında çox kiçikdir. Lakin bu işləri səbəbindən Allah o qulundan razı olar və şəfaətçilərin şəfaətlərini vəsilə edərək onu əfv edər.

Bütün bu izahlardan sonra şəfaəti inkar edənlərə bəzi suallarımız var:
  1. Siz heç Ənbiya surəsinin 28-ci ayəsini oxumursunuzmu, ya da anlamırsınızmı?
  2. Ayədə açıqca Allahın razı olduğu qullarına şəfaət edilə bilinəcəyi bəyan edilmişkən, siz necə olur ki, şəfaəti inkar edirsiniz?
  3. Əgər yenə də şəfaətin haqq olduğunu rədd edirsinizsə, niyə Quran kitablarınızdan إِلَّا لِمَنِ ارْتَضَى hissəsini çıxarmırsınız?
Gəlin şəfaətin haqq olduğuna dair Quran-i Kərimdən göstərdiyimiz üçüncü dəlili burada yekunlaşdıraq və digər dəlillərimizə keçək...