Maidə surəsinin 35-ci ayəsində belə buyurulmuşdur: "Ey iman gətirənlər! Allahdan qorxun, Ona vəsilə axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız!"
Gördüyünüz kimi ayə açıq bir şəkildə təvəssülü əmr etməkdədir. Belə ki, müsəlmanlardan Allaha bir vəsilə axtarmaları - təvəssül etmələri tələb olunur. Bəs bu vəsilələr nələrdir?
Allaha yaxınlaşmaq üçün təvəssülün üç növü vardır.
Birincisi Allahın isimləri ilə olan təvəssüldür. "Allahım, Rahman, Rahim isimlərin hörmətinə bu duamı qəbul et", - demək kimi. Bu təvəssül şəklindən Əraf, 7/180 ayəsində belə bəhs olunur: "Ən gözəl adlar Allahındır. Ona bu adlarla dua edin".
İkincisi gözəl əməllərlə olan təvəssüldür. "Allahım, tutduğum oruc hörmətinə, qıldığım namaz hörmətinə bu duamı qəbul et", - demək kimi. Bu təvəssül şəklindən də Bəqərə, 2/45 ayəsində belə bəhs olunur: "Səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin!"
Üçüncüsü zat ilə olan təvəssüldür. "Allahım, filan saleh qul hörmətinə bu duamı qəbul et", - demək kimi.
Təvəssülü inkar edənlər ilk iki təvəssül şəklini qəbul etdikləri halda üçüncüsünü qəbul etmirlər.
Bütün bu izahlardan sonra təvəssülü inkar edənlərə bəzi suallarımız var:

- Ayədə təvəssül etmək əmr edilmiş, lakin bunun necə olacağı bildirilməmiş, ayəyə qeyd qoyulmamışdır. Sizlər zat ilə olan təvəssülü inkar edir, ancaq Allahın isimləri və əməllərlə olan təvəssülü qəbul edir, ayənin sadəcə bunları əmr etdiyini bildirirsiniz. Heç bir qeyd qoyulmamış bu ayənin əhatə dairəsini öz kefinizə görə daraltmaq ixtiyarını sizə kim verib?
- Allahın isimləri ilə olan təvəssül şəklinə Əraf, 7/180 ayəsində, əməllərlə olan təvəssül şəklinə isə Bəqərə, 2/45 ayəsində işarə edilmişdir. Zat ilə təvəssülün - Allah ilə aramıza saleh bir qulu qoymanın da yanlış olmadığı daha əvvəl göstərdiyimiz dəlillərdə bildirilmişdir. Məsələn, Yusif surəsinin 97-ci ayəsində bildirildiyi kimi Hz. Yaqubun oğulları atalarından onlar üçün Allaha dua etməsini istəmiş, Allah ilə aralarına Hz. Yaqubu qoymuş, ataları da bunu qəbul etmişdir. Zat ilə olan təvəssülün də caiz olduğu bir çox ayələrdə göstərildiyi halda, niyə bunu inkar edərək: "Qul Allah ilə arasına heç kimi qoya bilməz", - deyirsiniz?
Gəlin təvəssülün caiz olduğuna dair Quran-i Kərimdən göstərdiyimiz üçüncü dəlili burada yekunlaşdıraq və dördüncü dəlilə keçək...