Təvəssülün caiz olduğuna dair Quran-i Kərimdən dördüncü dəlil...

Munafiqun surəsinin 5-ci ayəsində belə buyurulmuşdur: "Onlara: “Gəlin Allahın Peyğəmbəri sizin bağışlanmağınızı diləsin!” - deyildiyi zaman başlarını bulayar və sən onların təkəbbürlə üz çevirdiklərini görərsən".

Ayədə bir qisim insanlar tənqid edilmişdir. Bunlar Peyğəmbərimizlə Allaha təvəssül etməyi qəbul etməyən şəxslərdir. Belə ki onlar Allah ilə aralarına Peyğəmbəri almamış, Peyğəmbərin onlar üçün bağışlanma diləməsini qəbul etməmişdirlər. Bu səbəblə də ayədə tənqid edilmişdirlər.

Bütün bu izahlardan sonra təvəssülü inkar edənlərə bəzi suallarımız var:
  1. Görəsən, “Gəlin Allahın Peyğəmbəri sizin bağışlanmağınızı diləsin!” ifadəsi ilə nəzərdə tutulan şey təvəssül deyilmi? Bəli, bu açıq bir şəkildə təvəssüldür. Allah onların özlərinin də tövbə etmələrini istəyə bilərdi. Lakin belə etməmiş, Allah ilə aralarına Peyğəmbəri qoymalarını - təvəssül etmələrini əmr etmişdir. Vəziyyət belə olduğu halda hansı haqla təvəssülü inkar edir və: "Allah ilə qulun arasında heç kim vasitəçi ola bilməz!" - deyirsiniz?
  2. Təvəssül şirkdirsə, Munafiqun, 63/5 ayəsində şirk əmr edilib? Və şirk etməyənlər tənqid edilib? Sizin Quran anlayışınız belədirsə, deyəsi bir sözümüz yoxdur...
Gəlin təvəssülün caiz olduğuna dair Quran-i Kərimdən göstərdiyimiz dördüncü dəlili burada yekunlaşdıraq və qarşı tərəfin iddialarına verdiyimiz cavablara keçək...