İslamda Merac Möcüzəsi Vardırmı?

Əziz müsəlmanlar! Oxuyacağınız bu əsər: “Merac uydurmadır, - deyən insanlara cavab mahiyyətində hazırlanmışdır. Onlar Quran-i Kərimdə meracdan söz açılmadığını söyləyirlər. Bu sözlərinin nə qədər yanlış olduğunu və bunu deyən insanların Quranı anlamaqdan nə qədər uzaq olduqlarını yazılarımızı səbirlə oxuduğunuz təqdirdə anlayacaqsınız.

Bildiyimiz kimi Merac hadisəsinin özü İsra Merac möcüzələri olmaqla iki hissədən ibarətdir. İsra Peyğəmbərimizin Məkkədən Qüdsə qədərki, Merac isə Qüdsdən səmalara olan səyahətidir. Bu əsərdə Meraca dair Quranda keçən ayələr təhlil ediləcək, qarşı tərəfin iddia səviyyəsinə qalxmayan boş sözlərinə cavab veriləcəkdir.
  1. Quran-i Kərim İsra möcüzəsindən xəbər verir...
  2. Quranda Meracın haqq olduğuna dair birinci dəlil...
  3. Quranda Meracın haqq olduğuna dair ikinci dəlil...
  4. Meracı inkar edənlərin sözlərinə cavablar...
  5. Meraca iman edənlərlə bunu yalan sayanlar arasında yaranmış fikir ayrılığından qurtulmaq üçün Quran-i Kərimin verdiyi tövsiyə...
Yazılar hazırlanarkən Sorularla İslamiyet saytından, Ehli Sünnet İnancı saytından və Dr. İhsan Şenocakın dərslərindən istifadə edilmişdir...