İslamda Rəcm - Daşqalaq Cəzası Vardırmı?

Quran-i Kərimdə bəzi ayələr ümumi hökmləri ehtiva edir. Bu ümumiliklərə ya digər ayələr, ya da hədis-i şəriflər xüsusilik qatır. İkincisinə bəzi örnək verə bilərik:

Bəqərə surəsinin 275-ci ayəsində belə buyurulmuşdur: "... Allah alış-verişi halal, faiz almağı isə haram etmişdir..." Bu ayəyə görə alış-verişin hər növü halaldır. Lakin Peyğəmbərimiz içkinin, donuzun alış-verişini qadağan etmişdir. 

Quran-i Kərimin bir çox yerində zəkat verməmiz əmr edilir. Bu zəkatın nə qədər veriləcəyi, hansı mallardan veriləcəyi haqqında məlumat verilməmişdir. Bunlar Peyğəmbərimizin hədisləri ilə müəyyən edilmişdir.

Namaz qılmaq Quranda ən çox əmr edilən ibadətdir. Lakin gündə neçə dəfə qılınacağı, neçə rəkat qılınacağı, namazı nələrin pozduğu, necə qılınacağı haqqında məlumatlar hədislərdən əldə edilir. Məsələn, heç bir hədisi qəbul etmədən sırf Quranda ən bəsitindən namazların sayını belə müəyyən etmək mümkün deyildir. Belə ki, bunu etməyə çalışan Edip Yüksel Yaşar Nuri Öztürk namazların gündə 3 dəfə qılınmalı olduğunu, Mehmet Okuyan Abdülaziz Bayındır namazların gündə 5 dəfə qılınmalı olduğunu, İhsan Eliaçık namazların vaxtının iki dəfədən yeddi dəfəyə qədər dəyişdiyini, Hakkı Yılmaz isə, ümumiyyətlə, namaz adlı bir şeyin olmadığını demişdir.

Təkcə bu nümunədən də görünür ki, hədislər olmadan Quran ayələri düzgün başa düşülə bilməz.

Rəcmi qəbul etməyənlər: "Zinakar kişiyə və zinakar qadına yüz şallaq vurun", - ayəsindəki hökmün hamı üçün olduğunu, daşqalaq etmənin bu ayəyə zidd olduğunu iddia edirlər.

Rəcm ayəsi oğrunun əlinin kəsilməsi ayəi ilə bənzərlik təşkil edir. Bu bənzərlikdən istifadə edərək daşqalaq cəzasının olduğunu göstərək:

Oğrunun əlinin kəsilməsinin də yanlış olduğunu deyənlər olduğundan buraya tıklayaraq Quranda oğrunun əlinin kəsilməsinin əmr edildiyini dəlilləri ilə birlikdə görə bilərsiniz.

Maidə surəsinin 38-ci ayəsində oğru kişi və oğru qadının əlinin kəsilməsi əmr edilir. Buradan belə bir sual yaranır: Bankı yararaq milyonlar oğurlayan oğrunun da, bir kilo kartof oğurlayanın da əli kəsilməlidirmi?

Sadəcə Qurana baxsaq bu belə olmalıdır. Lakin burada nəql etdiyimiz dəlillər hədislərin də hökm vermə səlahiyyətinin olduğunu bildirir. By səbəblə də hədislərdə əl kəsmə cəzasına səbəb olacaq oğurluğun miqdarı bildirilmiş, ümumi bir hökmə xüsusilik gətirilmişdir.

Eyni şəkildə Nur surəsinin ikinci ayəsində: "Zinakar kişiyə və zinakar qadına yüz şallaq vurun", - buyurulmuşdur. Peyğəmbərimiz isə bu hökmün subaylar üçün olduğunu bildirmiş və evlilər üçün isə rəcm cəzasını tətbiq etmişdir.

Rəcm Haqqındakı İddialar Cavablar

İddia:
Səhih hədislərə görə rəcm ayəsi var imiş və bunu keçi yediyinə görə ləğv olubmuş, lakin bu ayənin hökmü həmişə qalası imiş. Bu necə ağılsızlıqdır? Keçi yediyinə görə də ayə nəsx (ləğv) olarmı?

Cavab:
Bəqərə surəsinin 106-cı ayəsində belə buyurulmuşdur: "Biz hər hansı bir ayəni ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!"

Bu ayənin Quranın Tövratı və İncili nəsx (ləğv) etməsi haqqında nazil olduğunu deyənlər var. Lakin ayədəki مِنْ آيَةٍ hissəsindəki nəkrə ümumilik ifadə edir. Yəni buraya hər cür ayə, habelə Quran ayələri də daxildir. Deməli, istənilən ayə unutdurula və ya nəsx edilə bilər.

Rəcm ayəsi də belədir. Əvvəllər mövcud olmuş bu ayənin mətni sonradan nəsx edilmişdir. Mətni nəsx edildiyindən artıq onu ayə adlandırmaq yanlışdır. Mətni nəsx edildikdən sonra da, Peyğəmbərimiz zina etmiş evliləri rəcm etmişdir. Bu səbəbdən də Həşr, 59/7 ayəsində deyildiyi kimi Rəsulun verdiyi alınmış, sonrakı nəsillər tərəfindən də rəcm cəzası tətbiq edilmişdir.

Yəni ayə keçi yediyinə görə nəsx olmamışdır. Nəsx olduğundan artıq onun ayə hesab edilməsi doğru deyildi. Buna görə də Hz. Aişə onu yatağının altına qoymuşdur. Hədisdə deyildiyi kimi də ac bir keçi gəlib əvvəllər ayə olmuş, sonralar mətni ləğv edilmiş bu yazının olduğu materialı yemişdir. Burada böyüdüləcək heç bir şey yoxdur.

Əsl ağılsızlıq ayənin ləğv olma səbəbini keçinin yeməsi olduğunu bildirən reformist ilahiyyatçıların sözünə inanıb, işin əslini araşdırmadan iftiraya baş vurmaqdır!